Nifrət edilən halal


Digərləri 19 Yan 2020 22:40:00 112 0

Nifrət edilən halal

Həzrət Peyğımbər (s) buyurur: "Allah yanında ən çirkin halal - boşanma, təlaqdır".

İslam dini evliliyi bəyənir, təlaqa isə nifrət edir. Dinimiz qadınla kişini ailə qurmağa dəvət edir və bu əmələ təşviq edir. Eyni zamanda təlaqın çirkinliklərindən də söz açır və insanları ondan çəkindirir.

İslam Peyğəmbəri (s) buyurur: "Allah yanında heç bir şey o ev kimi sevimli deyildir ki, evlilik vasitəsilə abad olar. Heç bir şey o ev qədər nifrət olunan deyildir ki, İslamda təlaq vasitəsilə xarab olar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Evlənin və təlaq verməyin. Çünki təlaq, Allahın ərşini titrədər".

Ona görə də dinimizdə boşanma - çox məzəmmət olunan əməllərdən biridir.