Qüsursuz reputasiyaya sahib olmaq üçün


Digərləri 19 Yan 2020 22:01:00 118 0

Qüsursuz reputasiyaya sahib olmaq üçün

Böyük şirkətlərin sahibləri demək olar ki, həmişə diqqət mərkəzində olurlar. Onların reputasiyası nəticədə mənfəət və uğura çevrilir. Forbes Life müasir biznesdə "yaxşı reputasiyanın" əsas meyarlarını seçib bizə təqdim edir.

İnternetin yayılması dünyanı dəyişdirdi: hər kəs bir-biri haqda hər şeyi bilir və istənilən xəbər ildırım sürəti ilə yayılır. Reputation Institute-un keçirdiyi tədqiqatların nəticələrinə görə, biznes şirkətlərin reputasiyasına və bazar kapitallaşmasına təsir göstərən amillərdən biri, top-menecmentin reputasiyasıdır (45% və 44%).

Bu gün (daha çox Qərbdə) lider dedikdə, insanların beynində hər hansısa şirkətin rəhbəri canlanır. Onlar məsuliyyətli olurlar, innovasiyalara və hər zaman xeyriyyəyə yatırım etməyə hazırdırlar. Bütün bunlar ictimaiyyətin diqqətini cəlb edir və beləliklə, müəyyən davranış çərçivəsi formalaşır.

Qərb biznesmenlərinin riayət etdiyi əsas prinsiplər aşağıdakılardır:

Təvazökar olun

Xarici ölkələrdə lovğalıq mənfi qarşılanır və buna görə təvazökarlıq iş adamlarının həyatının hər bir sahəsinə nüfuz etməyə başlayıb. Həqiqətən də müvəffəqiyyətli insanlar öz dəbdəbəli həyatlarını göstərməyə meylli deyillər. Bu, onların reputasiyasına və nüfuzuna fayda gətirir, get-gedə şüurlu istehlak ideyası populyarlaşır.

VKontakte sosial şəbəkəsinin yaradıcısı olan Pavel Durov pulun həddindən artıq dəyərləndirildiyini qeyd edərək, "pulun qulu olan insanlar həyatının sahibi ola bilməzlər" fikrini söyləyib. Xaricdə fəaliyyət göstərən şirkətlərin sahibləri şəxsi təyyarələrdən, sport-car maşınlardan imtina edərək, metrodan istifadə etməyə başlayırlar.

Xeyriyyəni unutmayın

Sosial aktivlik biznesmenlərin və top-menecerlərin imicini təşkil edən mühüm komponentlərdən biridir. Dəbdəbəli əşyalardan imtina etmiş bir çox sahibkar, tədricən filantroplara (xeyriyyəçilərə) çevriliblər. Məsələn, 1997-ci ildə Steve Jobs sərvətinin bir hissəsini xeyriyyəyə bağışlayıb. Microsoft-un təsisçisi Bill Gates üçüncü dünya ölkələrinə böyük diqqət ayırır. Onun fondu innovasiyaların inkişafına və yoxsul ölkələrin dəstəyinə milyardlarla dollar ayırır. Xarici biznesmenlərin əksəriyyəti başa düşüb ki, ayda bir dollar maaş alsalar belə pul qazanacaqlar.

Səhvlərinizi boynunuza alın

Xarici biznesmenlərdən və liderlərdən tez-tez belə bir ifadə eşidə bilərsiniz: "Təəssüf ki, belə oldu" və ya "Təəssüflər olsun ki, bu alınmadı". İnsanlar səhv edirlər və bu normaldır. Çalışın səhvlərinizi boynunuza alasınız, günahınızı başqasının boynuna yıxmayasınız. Məsuliyyətli olun, etdiyiniz səhvlərdən dərs götürün.