Qənaətcil ailə büdcəsini necə formalaşdırmalı?


Digərləri 19 Yan 2020 20:35:00 222 0

Qənaətcil ailə büdcəsini necə formalaşdırmalı?

Ailə büdcəsini necə nizama salmalı sualı əksər ailələri düşündürən məsələlərdən biridir. Şübhəsiz ki, sabahı düşünərək atacağınız hər addım büdcənizə müsbət dəyər kimi əks olunacaq. Bunu nəzərə alıb, qənaətcil ailə büdcəsini formalaşdırmaqda bəzi qızıl qaydaları təqdim edirik:

Qızıl qayda budur!

Son.az gencaile.az-a istinadən bildirir ki, yeni ildə  büdcənizi düzəltmək və qənaət etmək haqda qərar verərkən israrlı olun.  Qənaət etməsən bu günü də, sabahı da israf etmiş olarsan. Kiçik vərdişlərlə büdcənizi qoruyacaq fürsətlər tuta bilərsiniz. İsraf etməyərək həm özünüzə,  həm ölkə iqtisadiyyatına, həm də dünyaya böyük qatqınız olar.

1 - Kirayə ev hesabı

Aldığınız maaşla təməl xərclərinizin tarazlığını mütləq qurmalısınız. Evi olmayanların ən böyük gəliri kirayəyə xərclənir. Əgər qaldığınız  ev nəqliyyat və digər imkanlar baxımından cazibədar deyilsə,  daha aşağı kirayə alternativləri haqda düşünün.  Tutacağınız evin yağışa, küləyə dayanıqlı olmasına diqqət yetirin.

2 - İstifadə etmədiyinizi satın

Hər evdə illərlə bir  küncdə dayanan əşya vardır. Həqiqətən ona ehtiyacınız yoxsa, boş yerə  saxlamayın. Çox kiçik məbləğə də olsa satın. Bu yolla bəlkə bir neçə xərcinizi ödəyəssiz, o əşyanın boş yerə çürüməsinin qarşısını alassız. Yalnız evdəki əşyaları deyil,  istifadə etmədiyiniz paltarları da satmaq mümkündür. Pulsuz alqı-satqı saytları köməyinizə gələcək.

3 - Kommunal xərclər

İşıq, qaz, su qəbzlərində artan ödəmələrə diqqət edin. Qənaətcil olsanız məbləğ də azalacaqdır.

✘İşıq pulu çox gəlirsə,  işə işıqlandırmalardan başlayın. Klassik lampalardan mütləq xilas olun.

✘LED texnologiyası ilə eyni işığı 8-10 qat daha ucuza əldə edə bilərsiniz.

✘Kombilərin və enerji batareyalarının üstünün və ətrafının açıq olmasına diqqət edin.  Pərdə ilə və ya mebellə örtülməməsinə diqqət yetirin.

✘Yataq otağının qızdırıcı batareyasını otağa gedəndə açın.  İşlətmədiyiniz otağın kombisini bağlayın.

✘Krantın su sızdırıb sızdırmadığına mütləq nəzarət edin. Sifondan sızan su sizə az gəlməsin.

4 - Topdan satış və endirimli alver

Marketdə qiymətlər günü-gündən artır. Vərdişlərinizi dəyişdirib bazar alternativlərinə də baxın. Bu yolla həftəlik mətbəx alış-verişlərində qənaət etmək gündəminizdədir. Bəzi məhsullarda ciddi fərq olduğunu görəssiz. Unutmayın bazarlıq etmək, qiyməti endirmək  imkanınız var. Digər tərəfdən marketlərdə yağ, un, paxlalı məhsullar, tualet kağızı, təmizlik vasitələri, şəkər kimi məhsullarda tez-tez  endirimlər olur.  Endirim broşuralarını izləyərək 2-3 aylıq ehtiyacınızı topdan alaraq böyük qazanc əldə edə bilərsiniz.