2020nin dijital trendləri


Digərləri 19 Yan 2020 19:25:00 159 0

2020nin dijital trendləri

Marketinq, dijital marketinq, ictimaiyyətlə əlaqələr (PR) və kontent istehsal agentliyi Dijital Kalem 2020-də qarşılaşacağımız və gündəlik həyatda daha çox istifadə olunacaq dijital trendlərin TOP 10-ğundan bəhs edib.

5G gəlir

Son.az facemark.az-a istinadən bildirir ki, texnologiya dünyasında 2020-ci ildə qarşılaşacağımız çevriliş nöqtələrindən biri olan 5G ön plana çıxır. 5G texnologiyası qlobal miqyasda istifadə edilməyə başlanılacaq. Dünyanın ən böyük ağıllı telefon istehsalçıları indidən 5G-ni dəstəkləyən cihazlarını bazara təqdim etməyə başlayıb.

Robot köməkçilərdən geniş istifadə

Dünyanın fərqli bölgələrində robot dayələr, mühafizəçi, stüardessa, ofisiantlar fəaliyyət göstərir. 2020-ci ildə isə bu texnologiyalar evlərə girəcək. Xüsusilə ağıllı evlərdə istifadə olunacaq bu robot köməkçilər gündəlik həyatdakı bir çoxu işi asanlaşdıracaq.

Podcastlara daha çox qulaq asılacaq

Podcastlar, həm informasiya, həm də əyləncəni birlikdə təqdim edir. Yeni trend olaraq yüksəlişdədir. Podcastlar 2019-cu ildə daha çox tələb gördü və istehlak olundu. Bu vəziyyət 2020-ci ildə də davam edəcək. Yeni podcast kontent istehsalçıları ilə qarşılaşacağıq.

"Ağıllı" film və seriallar gəlir

Black Mirror: Bandersnatch 2019-cu ildə bazara çıxarılmış və film serıal dünyasında izləyiciyə təqdim etdiyi seçimlər ilə film dünyasında böyük marağa səbəb olmuşdu. 2020-ci ildə isə izləyicini hekayənin yaradıcıları sırasına daxil edən isehsalçıların sayı artacaq.

Mobildə daha çox oyun

Espor və mobil oyunların yaranması ilə oyun sektorununhəcmi də gün keçərək böyüyür. Yeni idə çox oyunculu mobil oyunlar ön plana çıxacaq və yeni oyunlar bazara təqdim ediləcək.

Ağıllı otellər ilə fərqli təcrübə