İranın Tibbi Ekspertiza Təşkilatı:


Dünya 19 Yan 2020 15:51:00 124 0

İranın Tibbi Ekspertiza Təşkilatı:

8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 150-i aidiyyəti üzrə ailələrinə təhvil verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatının bununla əlaqədar yayımladığı məlumatda öz əksini tapıb.

Bildirilir ki, indiyədək həlak olanların 169-nun meyiti müəyyənləşib.

Məlumatda qeyd olunur ki, genetik profili Tehran tibbi ekspertiza idarəsinə göndərildiyi və ya yaxınları tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyinə görə, hadisə qurbanlarının kimliyi bəlli olub.