Venesuelada elektrik enerjisi və internet kütləvi kəsildi


Dünya 19 Yan 2020 14:26:00 100 0

Venesuelada elektrik enerjisi və internet kütləvi kəsildi

"Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə, ölkənin 23 əyalətindən 16-sı elektrik enerjisinin kəsilməsi ilə üzləşib, bunlardan üçündə - Taçira (14%), Merida (23%) və Karabobo (45%) əyalətlərində elektrik enerjisinin verilməsi az hissədə bərpa olunub.

Ölkədə elektrik enerjisinin kəsilməsi 5 əyalətdə İnternet bağlantısı ilə bağlı problemlərə səbəb olub.

Müşahidəçilər və analitiklər Venesueladakı elektrik enerjisinin kəsilməsinin səbəblərinin avadanlıqların köhnəlməsi və infrastruktura az investisiya qoyulmasını hesab edirlər.