Güclü qar Tehran aeroportunun işini iflic etdi


Dünya 19 Yan 2020 12:28:00 115 0

Güclü qar Tehran aeroportunun işini iflic etdi

İranın Tehran şəhərində yerləşən "Mehrabad" aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.

Buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub.

Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.