Bakıda ticarət mərkəzinin qarşısında faciə


Digərləri 19 Yan 2020 12:15:00 132 0

Bakıda ticarət mərkəzinin qarşısında faciə

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Binə ticarət mərkəzinin qarşısında baş verib.

1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlu ticarət mərkəzindən çıxıb əks istiqamətə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.