Makqreqordan 40-cı saniyədə nokaut (VİDEO)


Digərləri 19 Yan 2020 11:10:00 160 0

Makqreqordan 40-cı saniyədə nokaut (VİDEO)

İrlandiyalı döyüşçü (MMA) Konor Makqregor ikiqat UFC çempionu amerikalı Donald Serronu məğlub edib

Bakı. İrlandiyalı döyüşçü (MMA) Konor Makqregor ikiqat UFC çempionu amerikalı Donald Serronu məğlub edib. Trend-in məlumatına görə, görüş Las Veqasda (Nevada, ABŞ) keçirilib və 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb. 31 yaşlı Konor Makqreqor karyerası boyu 26 döyüş keçirib, onun 22-sində qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub. Qaydasız döyüş üzrə veteran olan Serron karyerası boyu 51 dəfə döyüşüb, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb.