Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib


Dünya 19 Yan 2020 09:45:00 117 0

Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib

ABŞ prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edib və ona bəraət verilməsini tələb edib.

Son.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Senata impiçment prosesinə çağırışa dair vəkillərin 7 səhifəlik cavabında deyilir.

Sənəddə bildirilir: "Prezident onun üçün mövcud olan bütün mümkün müdafiə hüquqlarını saxlayır... Cavabda və gələcək ifadədə göstərilən səbəblərdən Senat impiçmentə təqdim olunmanı rədd etməlidir".

Sənəddə qeyd edilir ki, Nümayəndələr Palatasında qəbul edilən ittihamlar D.Trampı cinayətlərdə və ya hər hansı bir qanunun pozuntusunda belə rəsmi olaraq ittiham etmir.