Minlərlə qadın dördüncü Qadınlar Marşında iştirak edir


Dünya 18 Yan 2020 20:14:00 118 0

Minlərlə qadın dördüncü Qadınlar Marşında iştirak edir

Birləşmiş Ştatların bir neçə şəhərində minlərlə qadın dördüncü illik Qadınların Marşında iştirak etməyi planlaşdırır. Onlar bir neçə məsələni, o cümlədən gender bərabərliyi və qadınların insan haqlarını təbliğ etmək istəyir.

Onlarla şəhərdə yürüşlərin keçiriləcəyi gözlənilir. Onlar arasında Vaşinqton şəhəri də var ki, 2017-ci ildə orada prezident Tramp vəzifəsinin icrasına başlayandan bir gün sonra keçirilən ilk Qadınların Marşında yüz minlərlə insan iştirak etmişdi.

Üç il öncə başlayan yürüşün siyasi mesajı var. Belə ki, bir çox etirazçı qadınların anti-Tramp düşüncələrinin simvoluna çevrilən toxuma çəhrayı papaqlar taxır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, 2020-ci ildə prezidentliyə bir neçə demokrat namizəd bu il ölkə boyu Qadınlar Marşında iştirak etməyi planlaşdırır. İndiana ştatının South Bend şəhərinin sabiq meri Pit Buticec Nevadada keçirilən yürüşdə iştirak edəcək, sabiq Massaçusets ştatının sabiq qubernatoru Deval Patrik isə Cənubi Karolinadakı yürüşdə iştirak etməyi planlaşdırır. Senator Maykl Bennet və biznesmen Endrü Yanq da müvafiq olaraq Nyu Hempşir və Ayovadakı Qadınların Yürüşü tədbirlərində iştirak edəcək.

Qadınların Marşı ilk gündən bəri mübahisələrə qarışıb. Yürüşün liderləri anti-Semitizm ittihamları ilə üzləşib. Təşkilatçılar dəfələrlə bu iddiaları rədd edib. Təşkilatın ilk dörd sədrindən üçü qrupu tərk edib və təşkilar üç yəhudi qadının da daxil olduğu yeni idarə heyəti təyin edib.