İran “qara qutu”ları Ukraynaya göndərir


Dünya 18 Yan 2020 20:16:00 97 0

İran “qara qutu”ları Ukraynaya göndərir

İran Tehran üzərində vurulan Ukrayna təyyarəsinin "qara qutu"larının deşifrə edilməsinin mümkünsüzlüyünü etiraf edərək onları rəsmi Kiyevə verməyə razı olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar uçuş qeydlərinin ölkənin istəyinə uyğun olaraq Ukraynaya göndəriləcəyini açıqlayıb. Kiyev Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislərin köməyi ilə "qara qutu"ları deşifrə etməyə çalışacaq, nəticə əldə etməsə, Parisə göndərəcək.

Qeyd edək ki, Kiyev yanvarın 15-də İrana sorğu göndərərək uçuş qeydlərinin düzgün şifrələnməsini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.