Rövnəq Abdullayev yenidən namizəd oldu


Digərləri 18 Yan 2020 20:17:00 107 0

Rövnəq Abdullayev yenidən namizəd oldu

AFFA-nın prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rövnəq Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.