"Başdanayağa biabırçılıqdır"


Şou-biznes 18 Yan 2020 16:53:00 134 0

"Başdanayağa biabırçılıqdır"

Əməkdar artist Firuzə İbadova İnstaqramda heç bir profili olmadığını deyib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni "X maqazin"ə açıqlamasında mənfi rəyləri oxumamaq üçün sosial şəbəkələrdən uzaq gəzdiyini bildirib: 

"İstəmirəm, şərhləri də görmürəm. Bir də görürsən sənəti böyük olan biri haqda elə şey tapıb yazırlar ki... Altından da kimlər nə gəldi yazır. Belə insanlar bizim xalqın nümayəndəsi ola bilməz. Məni istəyən özümə, dostlarıma zəng vurub tapırlar".

F.İbadova oxunan bayağı mahnılardan söz açıb:

"Kimin ağlına nə gəldi oxuyur. Qəzəl, musiqi, rəng, təsnif yoxdur. Başdan-ayağa biabırçılıq, bayağılıqdır".