Honkonq 10 milyonlarla dollar qarətçilik etmiş ən təhlükəli qanqsteri ABŞ-a deportasiya edib - FOTO


Dünya 18 Yan 2020 08:42:28 112 0

Honkonq 10 milyonlarla dollar qarətçilik etmiş ən təhlükəli qanqsteri ABŞ-a deportasiya edib - FOTO

​Honkonq 10 milyonlarla dollar qarətçilik etmiş qanqsteri ABŞ-a deportasiya edib

Honkonqun ən təhlükəli qanqsterlərdən biri Szi Binsyun (Kanton dialektində Kvay Pinhun) 17 illik azadlıqdan məhrumetmə cəzasından sonra həbsxanadan buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə RTHK radiostansiyası bildirib.

Qeyd edilir ki, polis keçmiş məhbusunABŞ pasportunu daşımasını əsas gətirərək Birləşmiş Ştatlara deportasiya edilməsi üçün onudərhal aeroporta qədər müşayiət edib.

Materik Çindən 1980-ci ildə qanunsuz olaraq Honkonqa köçüb gəlmiş 59 yaşlı Szi Binsyun burada zərgərlik salonlarından on milyonlarla dollar məbləğində 20 silahlı soyğunçuluq edib. Onun cinayətkar əməlləri tez-tez atışma, təqib və qan tökülməsi ilə müşayiət olunub. Qanqsterin tutulması üçün 2 milyon Honkonq dolları (257 min dollar) məbləğində misli görünməmiş mükafat təyin edilib.

Uzun illər axtarılan cinayətkar yalnız polisin 2003-cü ildə keçirdiyi reyd zamanı tutulub. Onun mənzilində qumbaralar da daxil olmaqla, külli miqdarda silah-sursat götürülüb. Məhkəmə Szi Binsyunu 24 il müddətinə azadlıqdan məhrum edib. Ancaq o nümunəvi davranışına görə vaxtından əvvəl azadlığa buraxılıb.