Türkiyə prezidenti Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək


Dünya 18 Yan 2020 11:59:32 92 0

Türkiyə prezidenti Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək.

“Report” İHA-ya istinadən xəbər verir ki,məlumatı Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

“Türkiyə Liviyadakı münaqişəninsiyasi həlli üçün edilən cəhdləri dəstəkləyir”, - administrasiyadan bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də konfransda iştirak edəcəyini açıqlayıb.

Xatırladaq ki, Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürənsülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir. Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər.

Hazırda Liviya ərazisinin bir hissəsinə mərkəzi Benqazidə yerləşənmarşal Xəlifə Haftarın rəhbərlik etdiyiLiviya Milli Ordusu, bir hissəsinə isəBMT-nin dəstəklədiyi Tripoli mərkəzli Razılıq Höküməti nəzarət edir.

Alparslan Öztürk