Texasda çəkisi 2 tondan ağır “Snickers” hazırlanıb - VİDEO


Dünya 18 Yan 2020 12:49:43 130 0

Texasda çəkisi 2 tondan ağır “Snickers” hazırlanıb  - VİDEO

ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus yerləşən fabrikdə uzunluğu 3,5 metrdən və ağırlığı 2 tondan çox olan “Snickers” şokoladı hazırlanıb.

ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus fabrikdə uzunluğu 3,5 metrdən və çəkisi2 tondan çox olan “Snickers” şokoladı hazırlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölçüsünə görə bu “çubuq” Mağazaların rəflərində olan adi “Snickers”dən 43 dəfə böyükdür.

Onun hazırlanması üçün 1,6 ton şokolad və təxminən, 500 kq karamel, fıstıq və noqa istifadə olunub.

CNN-in məlumatına görə, artıq nəhəng “Snickers”in Ginnesin Rekordlar Kitabına daxil edilməsi barədə qərar qəbul olunub.

Ancaq nəhəng “çubuq” satılmır. Bu “Snickers”in xırda-xırda hissələrə bölünərək ölkə daxilində “Mars” şirkətinin işçilərinə paylanacağı planlaşdırılır.

The world's largest Snickers bar was unveiled in, of course, Texas. It's the size of 43,000 single-size candy bars put together. https://t.co/JkHeUeC33x pic.twitter.com/IcAxELXDy2

— CNN (@CNN) January 18, 2020