Azərbaycanda ötən il 9727 nəfər azadlığa buraxılıb


Digərləri 18 Yan 2020 14:51:27 118 0

Azərbaycanda ötən il 9727 nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir.

Bakı. Samir Əli – Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir. Trend-in məlumatna görə, bu barədə Ədliyyə Nazirliyində ilin yekunlarına dair keçirilən müşavirədə məlumat verilib. Məlumata görə, məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, ötən il yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların sayı əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 23 minə çatıb: “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin sayı isə 2018-ci illə müqayisədə 4,4 dəfədən çox artıb.