"İnstagram"da tanış olduğu qız ƏKİZİ ÇIXDI


Digərləri 17 Yan 2020 23:22:00 130 0

"İnstagram"da tanış olduğu qız ƏKİZİ ÇIXDI

İndoneziyadakı 16 yaşlı gənc qıza sosial mediada bənzərlik mesajı göndərən qız öz əkizi çıxıb.

Son.az xəbər verir ki, İndoneziyanın cənubunda yaşayan məktəbli Nabila Az-Zahra sosial mediada özünə çox bənzəyən Nadia Elvira adlı qızla tanış olub. Nabila ''İnstagram''da Nadiaya ''Səncə də biz çox bənzəmirik?''- yazıb. Qızlar görüntülü danışan zaman keçmişlərinin, yaşadıqları hadisələrin bənzərliklərindən təəccübləniblər. Lakin Nabila bu hadisədən şübhələnərək tanış olduğu qızla əkiz olub olmadığını ailəsindən soruşub. Nabilanın valideynləri onu 16 il əvvəl övladlığa götürdüklərini etiraf ediblər. Məlum olub ki, əkiz qızların valideynlərinin maddi vəziyyəti yaxşı olmadığına görə qızlardan birini övladlığa veriblər. Əkiz olduqlarını öyrənən hər iki gənc qızı Televiziya verilişinə dəvət ediblər. Nabila başına gələn hadisə haqqında danışarkən ''Gerçəkləri öyrəndiyim üçün həm xoşbəxt idim, həm də məyus olmuşdum. Çünki belə bir hekayəmin olduğunu bilmirdim. Məni bu günə kimi böyüdən ailəmə hər zaman minnətdar olacam''- sözlərini deyib. 

Qeyd edək ki, əkiz bacıların hekayəsi sosial mediada 25 mindən artıq izləyici tərəfindən paylaşılıb. (ölkə.az)