Tanınmaz hala düşən məşhurun PƏHRİZ SİRRİ


Digərləri 17 Yan 2020 22:57:00 138 0

Tanınmaz hala düşən məşhurun PƏHRİZ SİRRİ

2019-cu ilin aprelində ərindən boşandıqdan sonra müğənni Adel həyatını kəskin şəkildə dəyişdirmək qərarına gəlib.

Son.az xəbər verir ki, müğənni dəyişikliyə çəkisindən başlayıb. "Sirtfood" pəhriz sayəsində o, demək olar ki, 22 kq arıqlayıb. Bir neçə ay ərzində rekord göstəricilərə nail olan ulduzun çəki itirmək sahəsində qələbə sirlərini öyrənməyə dəyər.

Müğənni uğurları barədə danışmır, ancaq şəxsi məşqçisi Kamila Qudis pəhrizin reseptini paylaşıb. Məlum olub ki, ulduz həftədə üç dəfə, bir saat olmaqla pilates və kardiola ilə fəal məşğul olmağa başlayıb. Qudisə görə müvəffəqiyyətin 90% -i düzgün qidalanma ilə təmin edilir.

2008-ci il

Fəst-fud, şəkər və qazlı içkilər Adelin pəhrizindən çıxarılıb. Bundan əlavə, müğənni "Sirtfood" pəhrizinə əməl edir. Bəs bu pəhriz özündə nələri ehtiva edir?

"Sirtfood"un adı sirtoins - sirtuin sözündən qaynaqlanır. Bunlara əsasən bitki əsaslı qidalarda olan, maddələr mübadiləsi və hüceyrə proseslərində birbaşa iştirak edən zülallar (məsələn, DNT zəncirlərinin bərpası) deyilir. Sirtuinlər yağların yandırılması ilə əlaqəli olan genləri aktivləşdirir. Genetik araşdırmalara artan marağı nəzərə alaraq, uyğun pəhrizlərin ortaya çıxması təəccüblü deyil!

2009-cu il

"Sirfoods" siyahısına aşağıdakılar daxildir:

Majul çeşidinin kral xurmaları;

Göyərti;

Qəhvə (məqbul miqdarda);

Yaşıl çay;

Limon suyu;

Keyl salatı;

Rokkola (əkin indausu);

Kərəviz;

Cəfəri;

Yaşıl alma;

Soya paxlası;

Çiyələk;

85% tünd şokolad;

Sarıkök;

Fıstıq;

Toyuğun döş əti;

Yağsız mal əti;

Zeytun yağı;