Polşada yaşayan əcnəbilərin sayı artıb


Dünya 17 Yan 2020 21:50:00 99 0

Polşada yaşayan əcnəbilərin sayı artıb

Polşada yaşayan əcnəbilərin sayı ötən il 50 min nəfər artıb. Artıq bu ilin ilk günlərindən 423 min xarici vətəndaşın Polşada yaşama icazəsi aldığı açıqlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli statistikaya əsasən, son bir ildə ölkəyə gələnlər əsasən Belarus və gürcülərdir. Ümumilikdə isə yaşama icazəsi alan şəxslərin böyük əksəriyyəti Ukrayna vətəndaşlarıdır. Siyahıda sonrakı yerləri Belarus, Almaniya, Rusiya və Vyetnamdan gələnlər təşkil edirlər.

Ötən il ilk dəfə Böyük Britaniyadan gələnlərin sayı rekord həddə çatıb. Buna səbəb Brexit göstərilib. Gələnlərin əksəriyyəti vaxtilə orada vətəndaşlıq və ya uzunmüddətli yaşayış icazəsi almış polşalılardır. Lakin ingilislərin də Polşaya axınında artım hiss olunub.