Canlı yayımda burnu qanayan nazir əməliyyat olundu


Dünya 17 Yan 2020 21:06:00 126 0

Canlı yayımda burnu qanayan nazir əməliyyat olundu

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu əməliyyat edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 13-də mətbuat konfransının canlı yayımı zamanı burnundan qan açılan nazir özəl xəstəxanaların birində əməliyyat olunub. Həkimlər Soylunun burnundakı kapilyarları yandırmaq qərarına gəliblər.

Hazırda DİN rəhbərinin əməliyyatdan sonra dincəldiyi bildirilib.