Xəyyam “Altın Kelebek”də iştirakdan imtina etdi
Şou-biznes 17 Yan 2020 20:26:00 128 0
Müğənni Xəyyam Nisanov Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat mərasimində iştirak etməkdən imtina edib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.
"Nəzərinizə çatdırım ki, "Altın Kelebek" müsabiqəsindən vaxtı bir neçə dəfə dəyişdiyi üçün könüllü olaraq ayrılmışam. Bütün iştirakçılara uğurlar", - Nisanov qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında keçirilməsi planlaşdırılan layihə fevralın 28-də baş tutacaq.
Mənbə: milli.az