“Yaşıma uyğun geyinirəm”


Şou-biznes 17 Yan 2020 19:26:00 157 0

“Yaşıma uyğun geyinirəm”

Müğənni Manaf Ağayev geyimləri ilə bağlı yazılan iradlara münasibət bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" verilişində danışıb.

"Mənə deyirlər ki, səni kimsə geyindirir? Deyirəm ki, özüm seçirəm. Yaşıma-başıma uyğun paltarlar geyinirəm. Səhnə adamı olmasaydım, rəngli geyinməzdim. Stilist pis şey deyil. Əgər öz zövqün yoxdursa, niyə də olmasın?" - M.Ağayev söyləyib.

Qeyd edək ki, sənətçiyə geyindiyi rəngli libaslardan dolayı müxtəlif şərhlər yazılır.