"AFB Bank"dan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası


Digərləri 17 Yan 2020 18:42:05 114 0

"AFB Bank"dan Dövlət Gömrük Komitəsi əməkdaşları üçün xüsusi endirim kampaniyası

Müxtəlif peşə sahibləri üçün sərfəli təkliflərlə gündəmdə olan AFB Bank bu dəfə Dövlət Gömrük komitəsi əməkdaşları üçün endirim kampaniyasına start verir.

Bakı. Müxtəlif peşə sahibləri üçün sərfəli təkliflərlə gündəmdə olan AFB Bank bu dəfə Dövlət Gömrük komitəsi əməkdaşları üçün endirim kampaniyasına start verir. Bankdan Trend-ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən endirim kampaniyası 16-23 Yanvar tarixlərini əhatə edəcək. Kampaniya çərçivəsində kredit əldə edən gömrük əməkdaşlarına illik faiz dərəcəsinə 2% endirim (minimum illik faiz dərəcəsi 16%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kredit əldə edənlərə nağdlaşdırma komissiyası tətbiq edilməyəcək. Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.