Xatirə Vasifi müdafiə etdi
Şou-biznes 17 Yan 2020 18:30:00 182 0
Müğənni Xatirə İslam dünən birgə qonaq olduğu "Şou ATV" proqramında Əməkdar artist Vasif Məhərrəmlinin müzakirələrə səbəb olan ifadəsinə münasibət bildirib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində açıqlama yayaraq anlaşılmazlıq yarandığını iddia edib.
O, həmkarını müdafiə edərək Əməkdar artistin etikadan kənar söz demədiyini vurğulayıb:
"20 illik dostum, üstümüzdə göz-nəzər var. Qətiyyən əsəbiləşmək olmaz. Çünki sənin necə savadlı və mədəni bir ailə başçısı olduğunu illərdir görürük. Sən harda nəyi deyəcəyini hamıdan gözəl bilirsən. Vasifin orada işlətdiyi cümlə budur: "Üzünü niyə çöyürdün (çevirdin) ağız?" Qazax ləhcəsində belədir".
Mənbə: milli.az