Gəncədə “LADA” yol kənarındakı ağaca çırpılıb


Digərləri 17 Yan 2020 18:10:00 173 0

Gəncədə “LADA” yol kənarındakı ağaca çırpılıb

Gəncə şəhərinin Nizami rayonunda yol qəzası olub.

Bakı. Gəncə şəhərinin Nizami rayonunda yol qəzası olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “LADA” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sürücünün meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.