İstirahət günlərində gözlənilən hava proqnozu


Digərləri 17 Yan 2020 17:23:00 106 0

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.