Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz - Mərkəz direktoru


Digərləri 17 Yan 2020 16:13:00 107 0

Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz - Mərkəz direktoru

Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Amma depressiyanın çox aydın şəkildə özünü göstərən əlamətləri var.

Bakı. İlhamə İsabalayeva - Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Amma depressiyanın özünü çox aydın şəkildə göstərən əlamətləri var. Trend-in məlumatına görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir: "Əgər insanda əhval-ruhiyyənin aşağı olması bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya olan insanlarda maraq, zövq hissi azalır, enerji tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər. İştahın, ümumi aktivliyin artması və ya azalması ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur". Depressiyanı çox ciddi xəstəlik sayan F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkərində olduğu kimidir.