Azərbaycan beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb - Məzair Pənahov


Digərləri 17 Yan 2020 16:15:00 124 0

Azərbaycan beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb - Məzair Pənahov

Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. M.Pənahov qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxları artıq müsbət cavab verib”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin