Putin Kadırova yüksək vəzifə təklif etdi


Dünya 17 Yan 2020 14:57:00 139 0

Putin Kadırova yüksək vəzifə təklif etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova yeni vəzifə təklif olunub. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi ola bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kremldəki bir mənbə məlumat verib.

Xatırladaq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov yanvarın 13-də vəzifəsindən getməklə bağlı ərizə yazıb. O, ərizəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı işindən uzaqlaşdığını qeyd edib.

Respublikaya rəhbərlik isə müvəqqəti olaraq Müslim Xuçiyevə tapşırılıb.