"Uşağım üçün edirəm"


Şou-biznes 17 Yan 2020 14:09:00 180 0

"Uşağım üçün edirəm"

"Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "Ona qalsa" verilişində deyib. Qızı Sahilə ilə bağlı sualları cavablandıran sənətçi ona az vaxt ayırdığını etiraf edib. O, idmançı Kamil Zeynallının qızına daha çox vaxt ayırdığını bildirib:

"Atasıdır, sevinirəm. Övladımın o cür atası var. Hər kəs əlindən gələni edir. Elə insanam ki, üəryim yanır onun üçün. Amma istəyimi tam göstərə bilmirəım. İçimdə istəyirəm.

Gecə yatanda qızımı qucaqlayıram, öpürəm, deyirəm, sənlə nəfəs alıram. Amma vaxtı-zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Vaxtı sənə ona görə çatdırmır ki, bugün üçün çalışırdı".