Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib (FOTO)


Digərləri 17 Yan 2020 11:04:00 100 0

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib (FOTO)

Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Bakı. Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib. Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub. Görüşün yekununda protokol imzalanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin