Xalq artisti Vətəndən niyə gedib?


Şou-biznes 17 Yan 2020 10:29:00 125 0

Xalq artisti Vətəndən niyə gedib?

Nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Bakıya gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Mtv Azərbaycan"a danışan sənətçi illər əvvəl Vətəni tərk etməsinin səbəbini açıqlayıb:

"Təsadüf nəticəsində Türkiyədən dəvət etdilər. Konservatoriyada müəllim kimi işləməyə başladım. Getdikdən sonra dedim ki, "yox darıxacağam". "Bu il, gələn il qayıdaram" deyə-deyə 30 il uçdu getdi. Ən böyük istəyim bütün dünyadakı gözəllikləri, Azərbaycana daşımaqdır. Deyirlər "orada niyə yaşayırsız?" Deyirəm ki, "əsas harada yaşadığın deyil, Azərbaycanı harada yaşatdığındır". Hər şey Vətən üçündür. Mənim də əlimdən bunlar gəlir".