Gürcüstanda dəmir yolları ilə konteyner daşımalarından gəlir 43% artıb


Dünya 16 Yan 2020 19:15:17 145 0

Gürcüstanda dəmir yolları ilə konteyner daşımalarından gəlir 43% artıb

Gürcüstanın dəmir yolları vasitəsilə ötən il 78 900 TEU tipli yük konteyneri daşınıb.

Gürcüstanın dəmir yolları vasitəsilə ötən il 78 900 TEU tipli yük konteyneri daşınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

İllik müqayisədə bu həcmdə 39% artım qeydə alınıb.

Daşınan konteynerlərdən əldə olunan gəlir 2018-ci illə müqayisədə 43% artaraq 29,3 milyon lari (10,2 milyon dollar) təşkil edib.