Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir


Digərləri 16 Yan 2020 19:11:00 133 0

Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir

Azərbaycanda turizm şirkətlərinə bəzi turizm sahələrini stimullaşdırmaq tövsiyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan dövlət hakimiyyət orqanlarının dəstəyi ilə sosial turizmi, xüsusilə də istirahət, kollektiv turizmi stimullaşdırmaq və inkişaf etdirmək lazımdır.

Bununla yanaşı, ailə, gənclər və tələbə turizmini, eləcə də yaşlı insanlar və əlillər üçün turizmi təşviq etmək və onun inkişafına yardım etmək tövsiyə olunur.