Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib (FOTO)


Digərləri 16 Yan 2020 18:11:00 149 0

Şirvanda iki yeni Elektron ATS istifadəyə verilib (FOTO)

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib.

Bakı. “Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə bir sıra işlər həyata keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, belə ki, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib. Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb. Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb. 2019-cu il ərzində şəhərin müxtəlif ünvanlarında daxili xətt şəbəkəsində genişləndirmə, montaj və digər zəruri işlər görülüb.