8 il əvvəl dünyasını dəyişən şəxsə 516 manat su borcu yazıldı


Digərləri 16 Yan 2020 18:09:00 83 0

8 il əvvəl dünyasını dəyişən şəxsə 516 manat su borcu yazıldı

8 il bundan əvvəl dünyasını dəyişmiş şəxsin adına 516 manat su pulu gəlib. Uzun müddətdir Bakıda yaşayan Şəki sakini Arzu Qasımova evinə geri dönən zaman su idarəsindən gələn bildirişi görüb dəhşətə gəlib. Son.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb. Arzu Qasımova - Şikayət: "3 uşağım var, heç bir yerdə işləmirəm, Bakıda kirayədə yaşayıram. Şəkidən gəldim gördüm ki, su kəsilib. Su ümumiyyətlə yoxdur, suyu çəkməyə də qoymurlar. Gördüm ki, 516 manat su borcu yazıblar. Həmin borcu da vəfat etmiş şəxsin adına yazıblar. Mən bu ölülərin adına pul keçirməliyəm? Ölülər axı su işlətməyiblər. Bu nə dərəcədə düzgündür?". Əlyar Hüseynov - Qonşu: "Onlar burda olmayıblar. Bakıda yaşayıblar. Bu məbləğdə su pulu yazıblar. Halbuki evlərinə su gəlməyib. Uzun müddətdir burda heç kəs yaşamayıb". Günlərdir susuz qalan şikayətçi bu borcu ödəmək niyətində deyil. Şəki "Sukanal" idarəsindən isə bildiriblər ki, borc sistemə oturub və ödəniş edilməsə mənzilə su verilməyəcək. Arzu Qasımova - Şikayət: "Bakıdan gələn sənədlərlə də bağlı getdik. Qeyd olundu ki, bərpa olunacaq. Ancaq biz yenə də susuzuq, yenə də suyumuz yoxdur. Yalnız deyirlər ki, icazə verilmir. Pul ödənilməsə mümkün deyil. Bəs onda biz nə işlədək?". Bu cür problemlər hələ sayğaclaşdırılmamış, su pulunun adambaşına hesablandığı ərazilərdə yaşanır. Mənzildə qeydiyyatda olanların sayı dəyişdikdə, abonent su idarəsinə məlumat vermir, nəticədə ona elavə borc yazılır. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bu kimi faktlarla tez-tez rastlaşdıqlarını deyir. Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Ailə qurub köçənlər olur və ya da ki, dünyasını dəyişənlər olur. Belə halda hökmən həmin vətəndaşlar bizim yerli su kanal idarələrinə ölüm haqqında şəadətnamə ilə, nikah haqqında şəadətnamə ilə və ya uşaq əsgərə gedibsə, hərbi komissarlıqdan arayışla müraciət etməlidir ki, həmin dövr üçün bu şəxslərə görə hesabat aparılmasın". Şəki sakini Arzu Qasımovanın məsələsinə gəldikdə, Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Arayışlar təqdim olunsun. Ondan sonra komissiyaya müraciət olunacaq. Və komissiya dünyasını dəyişmiş insanlara görə hesablanmış məbləği onun ümumi vəsaitindən çıxacaq. Amma orda yaranmış borcun hamısı silinməyəcək. Çünki orda müəyyən müddət var. Əgər vətəndaş nə vaxtdan dünyasını dəyişibsə, o vaxtdan hesablanır. Ona görə də o borcun bir hissəsi orda qalacaq və o borc mütləq şəkildə ödənilməlidir". Bu cür problemlər yaranmasın deyə, ölkədə bütün abonentlərin sayğacla təmin olunması tələb olunur. Hazırda "Azərsu" ölkə üzrə sayğaclaşmanı 84 faizə çatdırıb.

Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi like
  • 16 Yan 18:07  
Digərləri Nazir Daxili Qoşunlarla bağlı müşavirə keçirdi

Yanvarın 16-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2019-cu ildə

arrow Ətraflı
Bu gün dünyanın ən güclü 50 ordusundan biri məhz Azərbaycan Ordusudur like
  • 16 Yan 18:07  
Siyasət Bu gün dünyanın ən güclü 50 ordusundan biri məhz Azərbaycan Ordusudur

2019-cu ildə Azərbaycan xarici siyasi, iqtisadi və humanitar əlaqələrini

arrow Ətraflı
Aprelin 1-dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik? - RƏSMİ CAVAB like
  • 16 Yan 18:07  
Digərləri Aprelin 1-dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik? - RƏSMİ CAVAB

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək mal

arrow Ətraflı
Deputatlığa namizədlər üçün kitabça hazırlanıb like
  • 16 Yan 18:04  
Digərləri Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli M

arrow Ətraflı
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatıb - YENİLƏNİB like
  • 16 Yan 18:00  
Siyasət DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatıb - YENİLƏNİB

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərl

arrow Ətraflı
Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı like
  • 16 Yan 18:00  
Digərləri Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tər

arrow Ətraflı
Soyunub striptiz oynamağa başlayan gənc qadın hava limanını birbirinə qatdı like
  • 16 Yan 17:58  
Dünya Soyunub striptiz oynamağa başlayan gənc qadın hava limanını birbirinə qatdı

Yanvarın 13-ü gecə yarısı ABŞ-ın Florida ştatında yerləşən Mayami Be

arrow Ətraflı
20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının xatirəsi yad edilib like
  • 16 Yan 17:56  
Siyasət 20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının xatirəsi yad edilib

Gürcüstanda 20 Yanvar faciəsində şəhid olan İlqar Əhmədov və Tengiz Tu

arrow Ətraflı
Bu da “Cumali”nin sevgilisi like
  • 16 Yan 17:55  
Digərləri Bu da “Cumali”nin sevgilisi

"Çukur" serialında Cumali obrazı ilə daha da populyarlaşan aktyor

arrow Ətraflı
Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır like
  • 16 Yan 17:50  
Digərləri Naqif Həmzəyev: Prezident İlham Əliyevin ali məqsədi ölkədə sabitliyin davamlı olmasıdır

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra ed

arrow Ətraflı
Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi like
  • 16 Yan 17:50  
Digərləri Sabiq deputat Hüseyn Abdullayevin anası özünə və oğluna bəraət istədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anas

arrow Ətraflı
Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib like
  • 16 Yan 17:49  
Sosial Vilayət Eyvazov Daxili Qoşunların əməliyyat müşavirəsində tapşırıqlar verib

Yanvarın 16-da Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2019-cu

arrow Ətraflı
Meyxanaçıların maraqlı rəsmləri like
  • 16 Yan 17:45  
Şou-biznes Meyxanaçıların maraqlı rəsmləri

Qrafik-dizayner Tamilla Məmmədova məşhur meyxanaçıların maraqlı rəsmlə

arrow Ətraflı