Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı


Digərləri 16 Yan 2020 18:00:00 148 0

Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı

Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb.

Bakı. Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatıb. Trend-in məlumatına görə, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesinə son verilib. 17 yanvar - 8 fevral tarixlərində isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq. Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin