Karate üzrə milli komandamız "Gran Pri" turnirinə yollanıb


Digərləri 16 Yan 2020 15:45:27 140 0

Karate üzrə milli komandamız "Gran Pri" turnirinə yollanıb

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 17-19 yanvar tarixlərində Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirinə yollanıb.

Bakı. Yeniyetmə və gənclərdən ibarət milli komandamız 17-19 yanvar tarixlərində Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirinə yollanıb. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətə 32 idmançı cəlb olunub. 14-15 yaşlı yeniyetmələrdə 10 idmançımız, 16-17 yaşlı gənclərdə 14 karateçimiz, 18-21 yaşadək gənclər arasında isə 7 təmsilçimiz mübarizə aparacaq. Daha bir idmançımız böyüklərin turnirinə qatılacaq. Karateçilərimizdən 4 nəfəri kata yarışlarında, qalan 28 idmançımız kumite yarışında çıxış edəcək.