Dünyanın ən bahalı şəhərləri - Reytinq


Digərləri 16 Yan 2020 16:05:00 149 0

Dünyanın ən bahalı şəhərləri - Reytinq

“Numbeo” veb-portalı 2020-ci ilin əvvəlinə olan vəziyyətə görə ən bahalı şəhərlərin reytinqini dərc edib.

Bakı. “Numbeo” veb-portalı 2020-ci ilin əvvəlinə olan vəziyyətə görə ən bahalı şəhərlərin reytinqini dərc edib. Trend-in məlumatına görə, reytinqdə ilk onluqda İsveçrənin 5, Norveçin 4 şəhəri qərarlaşıb. Yaşayış xərclərinin səviyyəsinə əsasən ən bahalı şəhər Sürix hesab olunub. İlk beşlikdə İsveçrənin digər şəhərləri, Bazel, Lozanna, Cenevrə və Bern yer alıb. Bundan başqa, Norveçin Stavanger, Oslo, Tronheym, Bergen və İslandiyanın paytaxtı Reykyavik qərarlaşıb.