Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM


Digərləri 16 Yan 2020 16:43:00 102 0

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir: “Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Komissiyanın üzvləri: Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Baş prokurorunun müavini ─ Azərbaycan Respublikasının Hərbi prokuroru Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Komissiyanın katibi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri”. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin