Günün qoroskopu: mənfi tendensiyaların təsiri hələ də güclüdür


Digərləri 16 Yan 2020 00:01:00 130 0

Günün qoroskopu: mənfi tendensiyaların təsiri hələ də güclüdür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - qalan sahələrdə gün uğurludur. Cüzi səylərlə həm yeni, həm də ənənəvi işlərdə uğur əldə edə bilərsiniz. Maraqlı görüşlər mümkündür. Amma ciddi münasibətlərə (həm şəxsi, həm də işgüzar) başlamaq üçün tələsməsəniz yaxşıdır. Maliyyə işləri də tələskənliyi sevmir.

Buğa - yeni tanışlıqlar üçün yaxşı gündür. Taleyin sizi qarşılaşdırdığı insanlarda güclü təəssürat yaradacaqsınız. Lakin yeni romana başlamağa tələsməyin. Şəxsi həyatla bağlı qərarların qəbulunda həddindən artıq tələskənlik kədərli nəticələrə səbəb ola bilər.

Əkizlər - mənfi tendensiyaların təsiri hələ də güclüdür. Onun təsir dairəsinə şəxsi münasibətlər düşür. Bu isə o deməkdir ki, qohumlar və dostlarla incikliklər, sevgililər arasında münaqişələr ehtimalı çox yüksəkdir. Bundan qaçmaq asan deyil. Emosiyalarını nəzarət altında saxlamaq bütün Əkizlərə nail olmur.

Xərçəng - gün gözlənilmədən xoş xəbərlər gətirəcək. Narahatlıq və təlaşı unudaraq, bir anda müsbətə köklənə bilərsiniz. Gələcəyinizin asılı ola biləcəyi nüfuzlu şəxslə ünsiyyətdə özünüzü müsbət tərəfdən göstərmək şansını əldən verməyin. Köhnə tanışlarla fikir ayrılıqları istisna deyil. Lakin uzun çəkməyən mübahisədən sonra opponentləriniz sizin haqlı olduğunuzu etiraf etməli olacaqlar.

Şir - uğurlu bazarlıq ehtimalı var. Gün bayram hazırlıqları üçün münasibdir. Bu günə romantik görüşlər təyin etmək olar. Onlar sizin istədiyiniz kimi keçəcək. Enerji ehtiyatınız böyükdür, gün ərzində çox işi çatdıra biləcək və qətiyyən yorulmayacaqsınız.

Qız - çalışqan və həyata yaradıcı yanaşmağı bacaran Qızlar üçün əla gündür. Bürcün nümayəndələri bu gün əsl xariqələr yartmağa qadirdirlər. Hətta dünyanı yaxşılığa doğru dəyişdirmək missiyası da onlara qeyri-mümkün gəlməyəcək. Tamamilə yeni işə başlamağınız mümkündür.

Tərəzi - emosional fonun qeyri-sabitliyi o qədər də pis olmayan günü gərgin və yorucu edəcək. Təsadüflər uğursuz təsir bağışlayacaq, bəziləri hər bir xırdalıqda gələcək fəlakətlərin əlamətlərini axtaracaq. Daha həsas insanlar ruhi tarazlıqlarını ciddi şəkildə və uzun müddətə itirə bilərlər.