Bağırsaq qurdlarını öldürür, xərçənglə mübarizə aparır Tərxunun faydaları


Digərləri 15 Yan 2020 23:29:00 148 0

Bağırsaq qurdlarını öldürür, xərçənglə mübarizə aparır  Tərxunun faydaları

Tərxun vitamin və minerallar, efir yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı maddələrlə zəngindir.

Son.az medicina.az-a istinadən bildirir ki, tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də daxil edirdilər. Tərxunun çoxlu faydalı xüsusiyyətləri var:

-Tərxun orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

-Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

-Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.

-Depressiya zamanı yaxşı kömək edir.

-Kişilərdə potensiyanı artırır.

-Diş və baş ağrısını azaldır.