104 il yaşamış məşhur professor Qidalanma sirri


Digərləri 15 Yan 2020 22:47:00 148 0

104 il yaşamış məşhur professor  Qidalanma sirri

Fyodor Uqlov Rusiyanın məşhur, qocaman professor cərrahı Fyodor Uqlov 104 il yaşayıb. O, 90-100 yaşında belə işə gedər, əməliyyatxanaya girib, xəstələri əməliyyat edərdi.

Əgər o, xəstəxananın sürüşkən kafel döşəməsi üzərinə yıxılıb, bud-çanaq sümüyünü sındırmasaydı, hələ çox yaşayacaqdı. Təəssüf ki, cərrah əməliyyat zamanı narkozun fəsadlarına tab gətirməyib öldü.

Amma son gününə kimi aydın zehni, işləyən əlləri var idi.

Son.az medicina.az-a istinadən 104 yaşlı cərrahın uzunömürlülük sirrini açan qidalanma və rejimini təqdim edir.

Qeyd edək ki, bu məlumatları onun həyat yoldaşı açıqlamışdı.

170 sm boyu olan cərrahın ömür boyu çəkisi 70 kq-dan yuxarı olmayıb. Onun xüsusi dietası və qadağan qidaları olmayıb.

Fyodor Uqlov az qidalanırdı, amma heç nədə özünə korluq vermirdi. Səhərlər suda bişmiş yumurta, kəsmik, yağ, pendir yeyirdi.

Günorta həmişə ət bulyonunda şorba içərdi. İkinci yemək olmazdı. Çox vaxt xəstələr çox olduğundan şorbanı gec də olsa yeyərdi.

Axşamlar kefir içirdi.