Bakıda avtomobil ağaca çırpılıb, ölən var


Digərləri 15 Yan 2020 22:28:00 157 0

Bakıda avtomobil ağaca çırpılıb, ölən var

Bakı şəhərinin Sabunçu rayonunda "Moskviç" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Məmmədov Namiq Əliməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.