Qarabaşağın faydaları


Digərləri 15 Yan 2020 21:45:00 168 0

Qarabaşağın faydaları

Diyetoloqlar qarabaşağı buğdaya sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək və kalorisinin aşağı olmasıdır. Geniş yayılan dənlilərə nisbətən qarabaşağın tərkibi manqan, maqnium və dəmir kimi minerallarla daha zəngindir.

Son.az AZƏRTAC-a istinadən bu dənli bitkinin faydalarını nəzərinizə çatdırır.

Ürək fəaliyyətinə müsbət təsir göstərir

Qarabaşağın tərkibində ürək üçün faydalı olan rutin və sellüloz kimi birləşmələr mövcuddur. "Food Research International" jurnalında dərc edilən tədqiqat materialında bildirilir ki, qarabaşaq qan dövranının yaxşılaşdırılmasında istifadə olunan güclü oksidant - rutin üçün əla mənbədir.

Həzmi yaxşılaşdırır

Qarabaşağın qida lifləri həzm sisteminin yaxşılaşmasına kömək edir. "Gastroenterology Review"də dərc olunmuş tədqiqat, həmçinin göstərir ki, qida lifləri bağırsağın iltihabi xəstəliklərə tutulma ehtimalını aşağı salır.

Qanda şəkərin miqdarını nizamlayır