Cəlilabad sakinindən 1 kqdan artıq heroin götürüldü


Digərləri 15 Yan 2020 21:00:00 110 0

Cəlilabad sakinindən 1 kqdan artıq heroin götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.