"Hyundai" beton dirəyə çırpılıb ikiyə qatlandı


Dünya 15 Yan 2020 20:40:00 123 0

"Hyundai" beton dirəyə çırpılıb ikiyə qatlandı

Buryatiya Respublikasının Ulan-Ude şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az avtosfer.az-a istinadən məlumat verir ki, insident yanvarın 15-də səhər saatlarında Sayan rayonunda qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə idarə olunan "Hyundai Solaris" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq iki tramvay yolunun ortasındakı beton dirəyə çırpılıb. Zərbənin şiddətindən "Hyundai" deformasiyaya uğrayıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Qəzadan sonra tramvayların hərəkətində müvəqqəti fasilələr yaranıb.

Yaralılar, hadisə yerinə çağırılan "təcili tibbi yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.