ATƏTin Seçki Müşahidə Missiyasının təmsilçisi Mətbuat Şurasında olub FOTO


Digərləri 15 Yan 2020 18:58:00 137 0

ATƏTin Seçki Müşahidə Missiyasının təmsilçisi Mətbuat Şurasında olub  FOTO

Bu gün ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Mətbuat Şurasında olub.

Mətbuat Şurasından Son.az-a verilən məlumata görə, qonağı salamlayan şura sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyasından söz açıb.

Şuranın seçki dövrlərindəki iş prinsipləri barədə məlumat verən Ə.Amaşov bir neçə istiqaməti fərqləndirib. Bunlardan birincisi, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki ilə bağlı materiallarının monitorinqidir. İkinci istiqamət seçki günü jurnalistlərin peşə vəzifələrini sərbəst yerinə yetirmələri üçün imkanın yaradılmasına çalışmaqdır. Bunun üçün fevralın 9-da Şurada "qaynar xətt" yaradılacaq və jurnalistlər hər hansı maneə ilə üzləşəcəkləri halda ora məlumat verə biləcəklər. Daha bir istiqamət isə MŞ-nin İdarə Heyətinin üzvlərinin müxtəlif dairə və məntəqələrdə apardıqları müşahidələrdir. Onlar da öz növbələrində yerlərdə jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar.

ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının təmsilçisi K.Kalinina missiyanın görəcəyi işlər barədə məlumat verib. Bununla bağlı MŞ ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.